Amerikalı veteran hərbçilər arasında intihar rekordu
«Hill» nəşri xəbər veribdir ki, son on ildə Amerikada veteran hərbçilər arasında intihar halları artım prosesinə malik olub və bu rəqəm 2010-cu ildən bəri 65 min nəfərə çatıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Ötən on ildə amerikalı veteran hərbçilər arasında intihar sayı o qədər artıbdır ki, onun miqdarı İraq, Əfqanıstan və Vyetnam müharibələrində öldürülmüş Amerika qüvvələrinin ümumi sayından çoxdur.
Amerika veteran hərbçilərin məsələləri idarəsi bu yüksək həcmdə olan intihar miqdarına əsasən, intensiv şəkildə məsələ ilə məşğul olub. Son statistikalar göstərir ki, 2019-cu ildə hər gün on yeddi veteran hərbçi intihar nəticəsində həyatını itirib.
Ağ Ev də son zamanlar beşmaddəlik bir strategiya yayıbdır ki, onda, amerikalı veteran hərbçilərin intihar hallarının geniş miqyas almasına baxılmaq üçün federal hökumətin tədbirlər kompleksi həyata keçiriləcək.
Nyu-York Tayms qəzeti bundan öncə yazmışdı ki, Pentaqon-un səylərinə rəğmən, illik intihar göstəricisi artım tempi götürübdür.