Noy 14, 2021 12:25 Asia/Baku
  • Amerikada qiymət artımı
    Amerikada qiymət artımı

Amerikada kirayələr, iaşə xidmətləri, yanacaq və ticarət mallarının qiymətlərində artım baş alıb gedir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikan CBS telekanalı şənbə günü bildiribdir ki, bu ölkədə kirayələr, benzin və yeyinti məhsullarının qiymətləri misli görünməmiş həddə artıbdır.

Bu məlumata görə, Birləşmiş Ştatlarda istehlak mallarının qiymətləri durmadan artmaqdadır.

Amerikada aparılmış ən yeni rəy sorğularının nəticələri göstərir ki, bu ölkə xalqının əksər hissəsi ölkədə inflyasiya göstəricisinin artma tempindən son dərəcə nigarandır.

Amerika Birləşmiş Ştatlarında mərkəzi bank sayılan «Federal Rezerv»in direktoru Cerom Pauel ABŞ konqresinin nümayəndələr palatasına məlumat veribdir ki, bu ölkədə inflyasiya aylar boyu artım prosesilə müşayiət olunacaq.

Dünyada koronavirusun yayılmasından iki ilə yaxın bir vaxtın keçməsilə hazırda Amerika vətəndaşları inflyasiyanın və ticarət mallarının qiymətlərində sıçrayışın şahididirlər. Bu inflyasiya koronavirus pandemiyasından qaynaqlanan iqtisadi təsirlərdə köklərə malikdir.

Nyu-York Tayms qəzeti də son zamanlar bir reportajda ABŞ iqtisadiyyatını son dərəcə təsir altına almış koronavirusun bu ölkədə geniş miqyasda yayılmasına əsasən, bildiribdir ki, Birləşmiş Ştatlar hökuməti hazırda ötən əsrin yetmişinci onilliyindən bu yana görünməmiş, bu ölkə xalqının aclıq fenomeni ilə üzləşibdir.

 

Teqlər