Noy 15, 2021 13:57 Asia/Baku
  • konkret addımlar
    konkret addımlar

Polşanın baş naziri Mateuş Moravetski NATO-nu bu ölkə sərhədindəki miqrantlara qarşı tədbir görməyə çağırıb

SəhərAzəri-nin məlumatına əsasən, Moravetski NATO-nu Belarus sərhədindəki miqrant böhranını həll etmək üçün "konkret addımlar" atmağa çağırıb və əlavə edib ki, Polşa, Litva və Latviya NATO müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələr tələb edə bilər.

NATO müqaviləsinin 4-cü maddəsinə əsasn, alyansın istənilən üzvü ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə təhlükə olduğunu hesab etdikdə, məsləhətçi görüş tələb edə bilər.

Polşanın baş naziri Avropa İttifaqı liderlərinin Belarusa qarşı əlavə sanksiyaları, o cümlədən sərhədin tamamilə bağlanmasını müzakirə edəcəklərini deyib və əlavə edib ki, Avropa İttifaqı sərhəd divarını birgə maliyyələşdirməlidir.

Teqlər