Noy 17, 2021 12:04 Asia/Baku
  • Avropada qazın qiyməti artıb
    Avropada qazın qiyməti artıb

Avropada havaların soyuması ilə bir zamanda Almaniya “Şimal axını-2” layihəsinin dayandırılmasından xəbər verib. Bu qərar Avropada təbii qazın qiymətinin artmasına bais olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, “Şimal axını-2” boru kəməri, onun inşası cari ilin əvvəllərində təkmilləşsə də, hal-hazırda istifadəyə verilməyib və Almaniya onu naməlum müddətədək dayandırıbdır.

Bu mühüm qaz boru kəməri istifadəyə verilməzdən öncə Almaniya rəsmiləri tərəfindən təsdiq edilməlidir.

Almaniyanın bəhanəsi bu olubdur ki, bu layihənin lisenziyasını verə bilməz, zira “Şimal axını-2” Rusiyanın “Qazprom” şirkətinin Almaniyada deyil, İsveçrədəki mülkiyyəti altında qeydiyyatdan keçibdir.

Belə bir halda, Avropada qaz təqdimatı azalmaqdadır. Təbii qaz çatışmazlığı region boyunca külək turbinlərinin istehsalının azalması ilə bağlıdır. Əlbəttə, Rusiya razılaşıbdır ki, Avropa Birliyi üzvlərinin istəyəcəkləri təqdirdə, Avropanın qalan hissəsini daha artıq elektrik enerjisi ilə təmin edəcək.

 

Teqlər