Noy 20, 2021 22:24 Asia/Baku
  • Moskva ABŞ-ın müdaxiləsinə cavab verdi

İki ABŞ konqresmeni tərəfindən irəli sürülmüş layihə rus rəsmilərin geniş reaksiyaları ilə qarşılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, qeyd olunan layihədə deyilir ki, əgər Vladimir Putin 2024-cü il Rusiya prezident seçkilərində qalib gələrsə, o, Rusiya prezidenti kimi tanınmasın.

Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı belə mövqe bildirib: Bu layihə bir daha dünyaya göstərir ki, Amerika rəsmi şəkildə başqa ölkələrin daxili işlərinə qarışır.

Duma-nın sədri Vyaçeslav Volodinin reaksiyası da belə olub: Vladimir Putinin 2024-cü il Rusiya prezident seçkilərində qalib gəlməsinin rəsmən tanınmasına dair ABŞ konqresinə təqdim olunan layihə Rusiya xalqının 2018-ci il prezident seçkilərində Putinin xeyrinə olan düzgün seçimindən xəbər verir.

Rusiya Xarici İşlər Nazirlyinin sözçüsü Mariya Zaxarova isə belə münasibət bildirib: Rusiya başqa ölkələrin seçkilərinin dəyərləndirilməsi barədə dəqiq meyarlara malikdir, amma bəzi ölkələrin seçki nəticələrinin rəsmən tanınmaması üzrə layihələr Amerikaya xasdır.

Teqlər