Dünyadakı tiryəkin 87 faizi Əfqanıstan istehsalıdır
https://azeri.sahartv.ir/news/dünya-i383333-dünyadakı_tiryəkin_87_faizi_Əfqanıstan_istehsalıdır
Əfqanıstanda tiryək istehsalının artması ilə bu ölkə hazırda dünyadakı tiryəkin 87 faizini istehsal edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2021 19:10 Asia/Baku
  • Dünyadakı tiryəkin 87 faizi Əfqanıstan istehsalıdır

Əfqanıstanda tiryək istehsalının artması ilə bu ölkə hazırda dünyadakı tiryəkin 87 faizini istehsal edir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Bloomberg" nəşri BMT-nin cinayətlər və narkomaddələr ilə mübarizə idarəsinə istinadla məlumat verib.

Məlumatda bildirilib ki, Əfqanıstanda tiryək istehsalının artmasının beşinci ilində bu ölkə hazırda təklikdə dünyadakı tiryəkin 87 faizini istehsal edir.

BMT-nin məlumatında deyilir ki, cari ildə Əfqanıstanda 6 800 ton tiryək istehsal olunub.