Noy 21, 2021 12:02 Asia/Baku
  • Ultrasəs texnologiyası
    Ultrasəs texnologiyası

Amerikanın ultrasəs raket texnologiyasında Çin və Rusiyadan geri qaldığını etiraf edən ABŞ kosmik qüvvələrinin dördulduzlu generalı deyib ki, bu məsələ Birləşmiş Ştatların milli təhlükəsizliyinə qarşı potensial təhdiddir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika ordusunun kosmik qüvvələrində kosmik əməliyyatlar bölməsinin rəis müavini general Devid Tompson sonra belə söyləyib: Biz çox tez bir zamanda özümüzü Çin və Rusiyaya çatdırmalıyıq. Çinlilər inanılmaz ultrasəs raket proqramına malikdirlər. Bu, strateji xəbərdarlıq problemini mürəkkəbləşdirən çox nigaranedici bir hadisədir.

Tompson sonra bildirib ki, ultrasəs raketlər milli təhlükəsizlik və müdafiə sahəsində oyun qaydalarını dəyişdirməkdədirlər.

Bundan öncə “Financial Times” nəşri kəşfiyyat mənbələrinə istinadla xəbər vermişdi ki, Çin bu ilin yayında iki dəfə ultrasəs raketlərini sınaqdan keçirib. Bu raketlər Amerikanın hal-hazırda malik olmadığı texnologiyaya malikdirlər.

 

Teqlər