Moskva Rusiya sərhədi yaxınlığında ABŞ-Estoniya təlimləri ilə bağlı xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i383385-moskva_rusiya_sərhədi_yaxınlığında_abŞ_estoniya_təlimləri_ilə_bağlı_xəbərdarlıq_edib
Rusiya Xarici İşlər Nazirliyi sərhədləri yaxınlığında ABŞ və Estoniyanın birgə təlimləri barədə xəbərdarlıq edib və onu təxribat xarakterli fəaliyyət kimi dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2021 09:38 Asia/Baku
  • Zaxarova
    Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi sərhədləri yaxınlığında ABŞ və Estoniyanın birgə təlimləri barədə xəbərdarlıq edib və onu təxribat xarakterli fəaliyyət kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-Estoniya təlimini Moskvanın xəbərdarlığına məhəl qoymamaq adlandırıb və bunu ABŞ və onun müttəfiqlərinin Rusiyaya qarşı təxribat xarakterli hərəkətlərinin nümunəsi adlandırıb.

O, əlavə edib: "ABŞ və Estoniya arasında hərbi sazişin imzalanmasından bir neçə gün sonra keçirilən bu təlim NATO-nun Rusiya sərhədləri yaxınlığında süni şəkildə gərginlik yaratmaq niyyətini təsdiqləyir".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinin davamında vurğulayıb: "NATO Rusiyanı qeyri-şəffaf hərəkətlər və aqressiv davranışda ittiham edir, amma özü Estoniyada hərbi təlimlər keçirir, İndi mən bilmək istərdim ki, NATO-nun baş katibi bu cür hərəkətləri necə şəffaf, proqnozlaşdırıla bilən və qeyri-aqressiv hesab edir?".