Noy 25, 2021 13:54 Asia/Baku
  • Rus heyət Paşinyanla görüşüb
    Rus heyət Paşinyanla görüşüb

Bakıda Azərbaycan Respublikasının prezidentilə görüşdən sonra İrəvana gedən Rusiya baş nazirinin müavini və onu müşayiət edən heyət Ermənistanın baş naziri ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Soçidə Moskva, İrəvan və Bakı başçılarının üçtərəfli iclasını keçirməyə hazırlaşdığı bir şəraitdə Ermənistan mediaları, o sıradan «Mesi Post» qəzeti bu ölkənin baş naziri Nikol Paşinyanın İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Oveçukun başçılıq etdiyi rus nümayəndə heyətilə görüşündən xəbər veriblər.

Ermənistan baş nazirinin ofisi bir bəyanatda bu görüşlə bağlı bildirib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və tranzit əlaqələrinin bərpası yolları ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli həmkarlıqlar və problemlər barədə məşvərət ediblər.

Overçuk Bakıda Azərbaycan Respublikasının prezidentilə görüşdən sonra dünən İrəvana səfər edib.

Bu yüksək vəzifəli Rusiya rəsmisinin Bakıya və İrəvana səfərləri, sabah keçiriləcək Rusiya, Ermənistan və Azərbaycan Respublikası başçılarının iclası ərəfəsində təşkil olunub. Kremlin bildirdiyinə görə, sabahkı iclas Dağlıq Qarabağda dinc yaşayışın bərqərarı və sabitliyin gücləndirilməsi istiqamətindəki sonrakı addımların araşdırılması məqsədilə keçiriləcək.

 

Teqlər