Almaniyada korona tələfatı 100 min nəfəri ötüb keçib
Noy 26, 2021 14:12 Asia/Baku
Avropa ölkələrinin qış fəsli ərəfəsində koronavirusun yeni dalğası ilə üzləşmələri fonunda ən yeni rəsmi statistikalar göstərir ki, Almaniyada korona tələfatı 100 min nəfəri ötüb keçibdir.
SəhərAzəri-nin məlumatına əsasən, «Robert Kox» institutu tərəfindən yayılan statistikalarda göstərilir ki, ötən sutka ərzində Almaniyada koronavirusa yoluxma nəticəsində minimum daha 351 nəfər həyatını itirib.
Koronavirusun başlandığı zamandan bəri Almaniyada beş tam onda beş milyon nəfər bu virusa yoluxub.
Almaniya koronavirusa yoluxma baxımından beşinci Avropa ölkəsidir. Onda koronavirusdan irəli gələn ölümlərin sayı 100 min nəfəri ötüb keçibdir.
Koronavirusa yoluxma cəhətdən bundan öncəki rekordçular sıra ilə Rusiya, İngiltərə, İtaliya və Fransa olubdur.