Almaniyada korona üzrə böhran qərargahı yaradılıb
Almaniyada koronanın yeni dalğası bu ölkədə koalisiya hökumətini təşkil edən üç partiyanı korona üzrə ümumölkə böhran qərargahı yaratmağa məcbur edib.
SəhərAzəri-nin məlumatına əsasən, Qərargah Almaniya kanslerinin ofisində yerləşəcək və ona bu ölkə ordusunun təcrübəli generalı Karsten Broyer başçılıq edəcək.
Almaniya hazırda koronanın dördüncü dalğası ilə mübarizə aparır.
Təkcə son 24 saat ərzində Almaniyada 71 min 615 nəfər koronavirusa yoluxub, 413 Almaniya vətəndaşı isə COVID-19 xəstəliyindən dünyasını dəyişibdir.
Son statistikalara görə, Almaniyada indiyədək 5 milyon 953 min 38 nəfər koronavirusa yoluxub, onlardan 102 min 550 nəfəri dünyasını dəyişib.
Hazırda Almaniyada koronavirus epidemiyasının qızğın çağında xəstəxanalar şəfqət işçisi çatışmazlığı ilə üzləşirlər.
Almaniyada koronavirus xəstəliyindən irəli gələn ölüm hallarının çoxalması ilə yanaşı, xəstəliyə tutulanların sayının artması, bu ölkənin xəstəxanaları və tibb işçilərinə təzyiqləri artırıbdır.