Daha iki ölkə Pekin Olimpiadasını boykot edib; Çin Xarici İşlər Nazirliyi xəbərdarlıq edir
https://azeri.sahartv.ir/news/dünya-i383983-daha_iki_ölkə_pekin_olimpiadasını_boykot_edib_Çin_xarici_İşlər_nazirliyi_xəbərdarlıq_edir
Daha iki ölkənin Pekin Olimpiadasını diplomatik boykot etməsi ilə Çin Xarici İşlər Nazirliyi bu ölkələrə xəbərdarlıq edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 11, 2021 08:26 Asia/Baku
  • Daha iki ölkə Pekin Olimpiadasını boykot edib; Çin Xarici İşlər Nazirliyi xəbərdarlıq edir

Daha iki ölkənin Pekin Olimpiadasını diplomatik boykot etməsi ilə Çin Xarici İşlər Nazirliyi bu ölkələrə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Pekinin ev sahibliyi ilə 2022-ci il Qış Olimpiya Oyunları elə bir halda keçiriləcək ki, ABŞ və Avstraliya ilə yanaşı, Britaniya və Kanada da bu oyunların diplomatik  boykotuna qoşulub. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu ölkələrə xəbərdarlıq edib ki, bu dövlətlər etdikləri səhvlərin bədəlini ödəyəcəklər.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu ölkələri diplomatik boykotun elan edilməsində ABŞ-ı kor-koranə imitasiya etməkdə ittiham edib. O, bununla bağlı deyib: "Birləşmiş Ştatlar, Avstraliya, Britaniya və Kanadanın olimpia oyunlarından siyasi məqsədlər üçün istifadə etməsi qeyri-populyar və təcridedicidir və onlar öz yanlış hərəkətlərinin əvəzini mütləq ödəyəcəklər".