"Şimal axını 2" Almaniyanın Rusiyaya qarşı təzyiq rıçağı
Almaniya xəbərdarlıq edib ki, Rusiya ilə Ukrayna arasında gərginlik artarsa, Rusiya qazını Baltik dənizi vasitəsilə Almaniya və Avropaya nəql edən “Şimal axını 2” layihəsi fəaliyyət göstərməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Almaniyanın yeni xarici işlər naziri Annalena Berbok verdiyi aşıqlamada iddia edib ki, qeyri-sabit təhlükəsizlik vəziyyəti və Vaşinqtonun Rusiyanın Ukraynaya hərbi hücumundan qorxması səbəbindən ABŞ rəsmiləri ilə Almaniyanın keçmiş hökuməti arasında əldə olunan razılaşmaya əsasən, Moskva ilə Kiyev arasında gərginliyin artacağı təqdirdə "Şimal axını 2" qaz kəmərinin istismarına icazə verilməyəcək.
Bundan əvvəl Ukraynanın Müdafiə Nazirliyi də Rusiya qoşunlarının Ukraynanın şərq sərhədində yüksək döyüş hazırlığı vəziyyətində olduğunu və genişmiqyaslı təlimlər keçirdiyini iddia etmişdi.