ABŞ-ın Kanzas ştatında atışma
ABŞ-ın Kanzas ştatında yerləşən Viçita şəhərinin polis idarəsi bir atışma zamanı iki polis zabitinin yaralanmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Viçita şəhərinin polis idarəsi bildirib ki, yerli vaxtla şənbə gününün ilk saatlarında bir binada ailəvi zorakılıq barədə telefon zənginin alınmasından sonra hadisə yerinə göndərilmiş iki polis zabiti bir silahlı şəxsin atəşilə yaralanıb.
Hücumçu şəxs bu hərəkətindən sonra özünü öldürüb.
Amerika zorakılıq, girovtutma və silahlı hücumlar dalğası ilə üzləşir.
Hər il Amerikanın müxtəlif bölgələrində atışma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.
Rəsmi statistikalara görə, Amerikada 270-300 milyon ədəd odlu silah var, yəni bu ölkədə təqribən adambaşına bir silah düşür.
Amerikada silahdaşımanın sərbəst olması hər gün bu ölkə boyu atışma ilə bağlı zorakılıqların baş verməsi ilə nəticələnir. Onların bir çoxu ölümlə başa çatır, amma Amerikadakı silah lobbisi o qədər güclüdür ki, indiyədək bu ölkə konqresi silahdaşımanı məhdudlaşdırmaq üçün tədbirlər görməyə hazır olmayıbdır.
Amerika dünya əhalisinin təqribən beş faizini təşkil etsə də silahla kütləvi qırğınlar törədən şəxslərin otuz bir faizə yaxını məhz bu ölkədə yaşayır.