Yan 05, 2022 13:00 Asia/Baku
  • Vanq Venbin
    Vanq Venbin

Çin Xarici İşlər Nazirliyinin İran İslam İnqilabı Keşokçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Hacı Qasim Süleymaninin terror edilməsini “müharibə cinayəti”nin bariz nümunəsi kimi dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib: "General Süleymaninin terror edilməsi Birləşmiş Ştatların BMT Nizamnaməsi əsasında beynəlxalq münasibətləri tənzimləyən normaları necə özbaşına pozduğunun daha bir nümunəsidir".

Vanq Venbin general Süleymaninin terrorunun ABŞ-ın güc tətbiqi yolu ilə törətdiyi müharibə cinayəti olduğunu bəyan edərək, əlavə edib: "Vaşinqton özünə o, yerə qədər irəliləməyə imkan verir ki, beynəlxalq hüququ pozaraq terrorçular vasitəsilə müstəqil bir ölkənin hərbi komandirini məqsədli şəkildə qətlə yetirir.  O, həmçinin bütün dünyada yüz minlərlə günahsız mülki insanı öldürür".

Çin rəsmisi, daha sonra deyib: "ABŞ bütün bu qanunsuz və barbar hərəkətləri iddia etdiyi "qanuna əsaslanan beynəlxalq nizam"ın pərdəsi arxasında bütün dünya insanlarının gözündən gizlədib.

Teqlər