Məmurların ovuna start verildi
Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar
Qazaxıstanda məmurların həbsinə order verildi. Cinayət Məcəlləsinin 1-ci hissəsinin 175-ci maddəsi ilə dövlətə xəyanət faktı üzrə məhkəməyə qədər araşdırma başlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sabiq rəhbəri Kərim Məsimov dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb.
Qeyd olunur ki, adıçəkilən cinayətin törədilməsində şübhəli bilinən MTK-nın sabiq sədri Kərim Məsimov və digərləri saxlanılıblar.
Bu ərəfədə ölkənin ilk prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev bildirmişdi ki, ölkədə böhranın səbəblərindən biri də bəzi yüksək vəzifəli məmurların, eləcə də hüquq müdafiəçilərinin xəyanəti olub. O, baş verənləri dövlət çevrilişinə və silahlı qiyama cəhd adlandırıb, əlavə edib ki, hadisələrin miqyası onun göstəricisidir ki, "hakimiyyətin yüksək eşelonundakıların, eləcə də hüquq-mühafizə orqanlarındakıların xəyanəti olmadan bunu etmək olmazdı".