Yan 10, 2022 12:57 Asia/Baku
  •  “Telegram”
    “Telegram”

Almaniya Ədliyyə nazirliyi "Telegram” mesencerini bu ölkənin qanunlarını pozduğuna görə, bir neçə milyon dollarlıq cərimə ilə hədələyib.

SəhərAzəri-nin məlumatına əsasən, "Rio Novosti" xəbər agentliyinin məlumatına görə, Almaniyanın ədliyyə naziri Marko Buşman verdiyi açıqlamada bildirib ki, Telegram Almaniyada əlaqə saxlamaq üçün rəsmi nümayəndə təyin etməli və qeyri-qanuni məzmunlar barədə sosial şəbəkəni xəbərdar etmək mexanizminin işləməsini təmin etməlidir.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya məhkəməsi Facebook və Telegram şirkətlərini bu ölkə hökumətinin qanunsuz məzmun dərc etmələri ilə bağlı iddialarına cavab vermədiklərinə görə, cərimələyib.

Teqlər