Nyu-York Tayms-ın ifşaçılığı
Bir amerikan qəzet Ərəbistanın sabiq vəliəhdinin 2020-ci ildə həbs edildikdən sonra işgəncə olunduğunu və onun saxlanıldığı məkanı açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Nyu-York Tayms bir reportajda yazıb: Ərəbistanın sabiq vəliəhdi Məhəmməd bin Naif 2020-ci ildə həbs edildikdən sonra işgəncələrə, o sıradan tavandan topuğundan asılmağa məruz qalmışdı.
Nyu-York Tayms yazıb ki, Ərriyad başçıları kralı tənqid etdiyinə görə, 2019-cu ilin noyabrından qızı Səhud Əl-Şəriflə yanaşı həbsdə saxlanılan səud xanım şahzadəsi Bəsmə binti səudu azad ediblər, amma bir çox görkəmli şəxs, o sıradan hakim xanədanın üzvləri və səud fəalları hələ də məhbəsdədirlər.
Məhbuslar arasında ən tanınmış şəxs, Məhəmməd bin Salman tərəfindən 2017-ci ildə hakimiyyətdən kənarlaşdırılan sabiq vəiəhd- Məhəmməd bin Naifdir.