Avropada korona məhdudiyyətlərinə etiraz
Minlərlə nəfər dünən Avropa ölkələrinin paytaxtlarında korona vaksini pasportuna və hökumətlərin bu virus epidemiyasının qarşısını almaq üzrə məhdudiyyətlərinə etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyalar Afina, Helsinki, London, Paris və Stokholmda keçirilib.
Parisdə yüzlərlə nəfər etiraz aksiyasına əl atıb, zira bazar ertəsi günündən Fransada korona vaksinasiyası kartının təqdim olunması icra ediləcək və indiyədək peyvənd olunmamış şəxslər daxili aviareyslərlə səyahət, idman tədbirlərində,/ bar, kino-teatr və sair əyləncə məkanlarında iştirak qadağaları ilə üzləşəcəklər.
Əlli nəfərdən çox insanla, daxili tədbirlərdə iştirak üçün vaksinə ehtiyacın duyulduğu İsveçdə də üç minə yaxın aksiyaçı paytaxt Stokholmun mərkəzində və azadlıq şənliklərinə hazırlanmış şəhərin əsas meydanında etiraz aksiyası keçirib.
Minə yaxın insan da İsveçin ikinci iri şəhəri olan Höteborqda oxşar aksiya keçirib.
Yerli polisin bildirdiyinə görə, təqribən dörd min nəfər şənbə günü Finlandiyanın paytaxtı Helsinkinin baş küçələrində korona məhdudiyyətlərinə qarşı nümayiş keçirib.