Yan 23, 2022 14:59 Asia/Baku
  • Almaniya dəniz qoşunlarının komanda
    Almaniya dəniz qoşunlarının komanda

Almaniya dəniz qoşunlarının komandanı Berlində və Avropa ölkələrində qalmaqal törədən «Krım heç vaxt Ukraynaya geri qaytarılmayacaq» ifadəsindən sonra öz vəzifəsindən kənara çəkilib.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniya bu ölkə ordusunun dəniz qoşunları komandanının Rusiya prezidenti Vladimir Putin və Ukrayna böhranı barədəki ifadələrindən sonra diplomatik bir olayla üzləşib və sonda «Ki Axim Şenbax» şənbə gününün sonlarında öz vəzifəsindən kənara çəkilib.

Şenbax bir bəyanatda belə qeyd edib: Mən Almaniyanın müdafiə naziri Kristina Lambrextdən istədim ki, təcili bir addımda məni vəzifələrimdən kənarlaşdırsın və nazir mənim ərizəmi qəbul etdi.

Almaniya dəniz qoşunları komandanının kənarlaşdırılmasının fonunda qeyd edək ki, o, Hindistanın «Manohar Parrikar» adına müdafiə araşdırmaları və analizləri institutunun təşkil etdiyi konfransda deyib ki, Krım daha heç vaxt Ukraynanın tərkib hissəsi olmayacaq və Putin ehtimal üzrə hörmətə layiqdir.

 

Teqlər