Lavrov: "ABŞ rəsmi Kiyevi Rusiyaya qarşı birbaşa təxribata sürükləyir"
Rusiyanın xarici işlər naziri Dövlət Dumasında çıxışı zamanı deyib: "ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya qarşı məhdudlaşdırıcı səyləri ikiqat artırıblar".
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu iclasda qeyd edib ki, təkcə bu gerçəkliyə nəzər salmaq kifayətdir ki, Kiyev hökumətini NATO orbitinə cəlb etmək üçün Rusiya sərhədləri yaxınlığında daha çox təxribat xarakterli hərbi manevrlər keçirilir.
Lavrovun sözlərinə görə, Rusiya Federasiyasına qarşı birbaşa təxribatlara həvəsləndirmək üçün Ukraynaya ölümcül silahlar verilir.
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, ölkəsi Qərbin Ukrayna sülh sazişinin icrasını dalana dirəmək cəhdlətinə dözməyəcək.
Rusiya ABŞ və NATO-nu Ukraynanı NATO-ya daxil etməməyə və Şərqi Avropadakı hərbi mövcudluğunu azaltmağa çağırıb.