Yan 28, 2022 13:08 Asia/Baku
  • Dmitri Peskov
    Dmitri Peskov

Rusiya prezident administrasiyasının sözçüsü Dmitri Peskov ABŞ Dövlət Departamentinin bir məsələ kimi qaldırdığı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun Amerikadan çıxarılmasını Moskvaya qarşı ciddi təhdid adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Peskov dünən müxbirlərlə müsahibədə bu haqda artıq təfərrüat verməkdən çəkinib və müxbirlərə tövsiyə edibdir ki, bu suala cavab almaq üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət etsinlər.

Rusiyanın Amerikadakı səfiri Anatoli Antonov çərşənbə günü demişdi ki, Rusiya ilə diplomatik vizaya dair ixtilafa görə, Vaşinqton onu Amerikadan çıxmağa məcbur edəcək.

Bu yüksək vəzifəli rus diplomatın dediyinə görə, ABŞ Dövlət Departamentindəki son görüşündə ona bildirdilər ki, əgər Rusiya Amerikanın Moskvadakı səfirliyinin mühafizəçilərinə Rusiyaya səfər vizası verməzsə, o, aprel ayınadək Amerika ərazisini tərk etməli olacaq.

Antonov həmçinin indiyədək xeyli sayda rus diplomatın viza almadığına görə, Amerikanı tərk etməyə məcbur olmasına və bu şəxslərin öz ailə üzvlərilə birlikdə olan sayının üç yüz nəfərə çatmasına görə, Vaşinqtonu tənqid edib.

 

Teqlər