Yan 30, 2022 12:18 Asia/Baku
  • Amerikanın şərqi
    Amerikanın şərqi

İnformasiya mənbələri Amerikanın şərqində ağır qış qasırğasından, həmçinin minlərlə aviareysin ləğvi və insanların problemlə üzləşmələrindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ağır qar yağıntısı ilə müşayiət olunan güclü qış qasırğası şənbə günü ABŞ-ın şərq sahillərini bürüyüb və minlərlə aviareys ləğv edilib.

Bir neçə ştatda fövqəladə durumun elan edilməsinə səbəb olan qasırğaya görə, ABŞ milli qvardiyası hazır vəziyyətə gətirilib.

Üç həftə bundan öncə misli görünməmiş bir faciədə Amerikada qasırğa nəticəsində azı səksən nəfər öldü, yüzdən çox insan isə yaralandı.

Federal elm adamları bu yaxınlarda bildiriblər ki, 2021-ci il Birləşmiş Ştatlarda iqlim və təbii fəlakətlər baxımından digər bir ölümcül və faciəli bir il oldu; belə ki, həmin ildə təbii fəlakətlərdə azı 688 amerikalı həyatını itirdi.

 

Teqlər