Enerji qiymətlərinin artmasının yükü Avropa xalqının üzərinə düşüb
https://azeri.sahartv.ir/news/dünya-i385606-enerji_qiymətlərinin_artmasının_yükü_avropa_xalqının_üzərinə_düşüb
Avropanın müxtəlif ölkələrində enerjinin, xüsusən də qazın qiymətlərinin kəskin artması ailələr üçün bir çox problemlər yaradıb və hökumətləri tədbirlər görməyə məcbur edib ki, bu da sonda dövlətin xərclərinin artmasına və vergi gəlirlərinin azalmasına gətirib çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2022 16:43 Asia/Baku
  • Enerji
    Enerji

Avropanın müxtəlif ölkələrində enerjinin, xüsusən də qazın qiymətlərinin kəskin artması ailələr üçün bir çox problemlər yaradıb və hökumətləri tədbirlər görməyə məcbur edib ki, bu da sonda dövlətin xərclərinin artmasına və vergi gəlirlərinin azalmasına gətirib çıxarıb.

SəhərAzəri-nin məlumatına əsasən,"Guardian" qəzeti bir reportajda bəzi Avropa ölkələrində ev təsərrüfatlarının qarşılaşdığı iqtisadi təzyiqlərdən yazıb.

Hesabata əsasən, gələn həftə Britaniyanın enerji tənzimləyicisi enerji qiymətlərində ən kəskin artımı elan edəcək və milyonlarla ev təsərrüfatlarının enerji xərclərini illik 2000 funt sterlinqə qədər artıracaq. 

Bəzi ölkələr ev təsərrüfatlarını qlobal enerji böhranının ziyanlarından qorumaq üçün hərəkətə keçsələr də, Britaniya hökuməti bu sahədə heç bir tədbir görməyib, baxmayaraq ki, həssas ailələr, kiçik bizneslər və hətta iqtisadçıları təmsil edən qruplar tərəfindən çoxlu çağırışlar edilib.