Fev 07, 2022 13:09 Asia/Baku
  • OPEC
    OPEC

OPEC neftinin hər bir barelinin qiyməti 20 sent artaraq, 90 dollar 18 sentə çatıbdir ki, bu da son 8 ilin ən yüksək göstəricisidir.

SəhərAzəri-nin məlumatına əsasən, "Röyters" xəbər agentliyinin məlumatına görə, enerji bazarı analitikləri hesab edirlər ki, əgər ABŞ İrana qarşı sanksiyaları ləğv edərsə, Tehran bütün dünyaya neft yüklərinin göndərilməsini artıra bilər, bu da qlobal tədarükü artıra bilər.

İnvestorlar bəzi siyasi böhranlar, o cümlədən Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqin bəzi hissələri arasında gərginliyin artması səbəbindən ortamüddətli perspektivdə neft tədarükünün kəskin azalmasından narahatdırlar. 

Analitiklər, xam neft qiymətlərindəki artım tendensiyasının ən azı ortamüddətli dövr üçün davam edəcəyini gözləyirlər. Çoxları hesab edir ki, bu il xam neftin qiyməti hər bir barel üçün 100 dolları keçə bilər.

Teqlər