Münhendə anti-müharibə aksiyası
Dünya ölkələri başçılarının Münhen təhlükəsizlik konfransındakı çıxışları ilə bir zamanda müharibə əleyhdarı olan yüzlərlə Almaniya vətəndaşı NATO-nun siyasətlərinə etiraz olaraq, konfransın keçirildiyi məkanın qarşısında aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynada gərginliklərin artmasına və Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun siyasətlərinə qarşı çıxan alman etirazçılar Münhen təhlükəsizlik konfransının keçirildiyi məkana çıxan küçələrə axışıblar.
Etirazçıların əllərində “NATO ölkələrini müharibəyə sürükləməyi dayandırın!” məzmunlu plakat və transparantlar olub.
Ötən həftənin cümə günündən başlanan və üç gün sürəcək 58-ci Münhen təhlükəsizlik konfransında Qərb ölkələrinin başçıları bir daha Rusiyanın Ukraynaya gözlənilən hücumu iddiasını təkrar ediblər.
Belə bir halda, son günlər Ukrayna ordusunun bu ölkənin şərqində yerləşən rəsmi Kiyevlə müxalif qüvvələrin mövqelərinə qarşı artilleriya hücumları həmin ölkədəki siyasi böhranı daha da kəskinləşdiribdir.