Ukrayna Türkiyədən dəstək istəyib
Fev 24, 2022 11:43 Asia/Baku
-
Ukrayna
Ukraynanın Türkiyədəki səfiri Rusiyanın bu ölkəyə qarşı hərbi hücumları qarşısında Ankaradan Kiyevə dəstək verməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynanın Türkiyədəki səfirliyinin rəsmi tvittində deyilir: Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb və bu ölkənin dinc şəhərlərini bombalayıb. Biz öz strateji şərikimiz kimi Türkiyədən və bu ölkənin xalqından bu çətin zamanda bizi himayə etmələrini istəyirik.
Rusiya müdafiə nazirliyi bu ölkə ordusunun bu gün Ukraynaya hücumundan sonra bildirib ki, bu ölkənin silahlı qüvvələri Ukrayna şəhərlərinə qarşı heç bir raket, aviasiya və ya artilleriya hücumu həyata keçirmir.
Rusiya müdafiə nazirliyi əmin edibdir ki, Ukraynadakı mülki əhalini heç bir şey təhdid etmir.
Teqlər