Qərbin Rusiyaya qarşı yeni geniş sanksiyaları
Rusiyanın Ukraynaya qarşı hücumundan sonra Qərb bloku bu məsələyə, bundan öncə vədəsini verdiyi sanksiyaların tətbiqi formasında cavab verib. Bununla belə, Rusiyaya qarşı əsaslı sanksiyalar barədə Avropa ölkələri arasında fikir ayrılığı var.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin başçıları razılaşıblar ki, Rusiyanın nəqliyyat, energetika və maliyyə sektorlarını bu ölkənin Ukraynaya hücumu səbəbindən kəskin sanksiyalar hədəfinə alsınlar.
Fransanın xarici işlər naziri Jan İv Le-Drian deyib: Bu sanksiyalarda məqsəd, Rusiyanın iqtisadi fəaliyyətini boğmaqdır. Əlbəttə, Qərb blokunun Yaponiya və Kanada kimi digər ölkələri də Rusiyaya qarşı geniş sanksiyalar elan ediblər.
Amerika da Rusiyaya qarşı yeni geniş sanksiyalar elan etməyə başlayıb. Bu sahədə Co Bayden Vladimir Putini təcavüzkar adlandırıb və deyibdir ki, Rusiya əleyhinə təcili və dağıdıcı sanksiya paketlərinin tətbiqinə razılıq verib.
Önəmli olan məsələ budur ki, avropalılar Rusiya qazından asılı olduqları üçün Rusiyaya qarşı SUİFT sanksiyası xüsusiyyət təşkil etməklə əsaslı və təsirli sanksiyalar tətbiq edə bilmirlər.
Qərbin yeni anti-rus sanksiyaları ikibaşlı qılıncdır ki, bu ölkələrin, xüsusən Avropa və Amerikanın iqtisadiyyat və energetika sahələrinə qarşı ciddi nəticələrə gətirib çıxaracaq. Hal-hazırda da Ukrayna müharibəsi neft, qaz, qızıl və buğdanın qiymətlərinin kəskin tərzdə qalxmasına səbəb olubdur.
Öz tvittində Ukraynada baş verənlərdən nigarançılıq edən Beynəlxalq Valyuta Fondunun sədri Kristalina Georgiyeva yazıbdır ki, bu məsələ region və dünya iqtisadiyyatlarını hədələyən təhlükələrə əlavə olub.