Fev 27, 2022 13:40 Asia/Baku
  • SWIFT
    SWIFT

Beynəlxalq bank sistemi- SWIFT, Rusiya banklarına qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə, Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Kanada və Birləşmiş Ştatlar şənbə günü Ukraynanın vəziyyətilə bağlı Rusiya əleyhinə sanksiylar haqda razılığa gəliblər.

Onlar üzərlərinə öhdəlik götürüblər ki, seçilmiş banklar SWIFT-dən çıxarılsınlar və Rusiya mərkəzi bankının rus bankların sanksiyaların təsiri barədə qərara aldıqları metodlarla öz beynəlxalq ehtiyatlarını yerləşdirməsinin qarşısı alınsın.

Beynəlxalq bank sistemi- SWIFT bir bəyanatda bildirib ki, qanuni göstərişlər aldıqdan sonra Qərb ölkələrinin Rusiya banklarına qarşı sanksiyalar tətbiq etmək barədəki qərarını icra etməyə hazırdır.

Bəyanatda deyilir: Biz yeni tədbirlərə şamil olacaq orqanların detallarını dərk etmək üçün avropalı rəsmilərlə anlaşmaqda və qanuni göstərişləri izləməyə hazırlaşmaqdayıq.

ABŞ-ın bir hökumət rəsmisinin sözlərinə görə, Avropa Birliyi SWIFT-dən çıxaraılacaq Rusiya banklarının siyahısını yekunlaşdırmaqdadır.

Rusiya fevralın 24-ü səhər tezdən Ukraynaya hərbi hücum haqda göstəriş verdi.

Bu olay Moskvanın Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk respublikalarının istiqlaliyyətlərini rəsmən tanımasından bir neçə gün sonra baş verdi.

 

Teqlər