Rusiya prezidentindən daha bir şok qərar
Nüvə silahları hazır vəziyyətə gətirildi
Fev 27, 2022 18:59 Asia/Baku
Putin nüvə silahının xüsusi hazırlıq vəziyyətinə gətirilməsinə göstəriş verib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşüb.
Görüşdə Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
V. Putin deyib ki, Qərb ölkələri təkcə hamının yaxşı bildiyi iqtisadi sahədə ölkəmizə qarşı qeyri-dost addımlar atmır: "Həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər".
Qeyd edək ki, Rusiya silahlı qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə nüvə silahları və hipersəs raketləri də daxildir.