Qərbin media siyasəti;
Avropalı olsan qəhrəmansan, müsəlman olsan terrorçunu dəstəkləyirsən
Son günlər sosial şəbəkələrdə ukraynalı bir qız cığazın rus əsgərinin qarşısında dayanması ilə bağlı video yayımlanıb və bu, Kiyevin işğalçı rus ordusuna qarşı tənhalığının simvoluna çevrilib, bəs reallıq nədir? birlikdə izləyək.
SəhərAzəri-nin məlumatına əsasən, İncə bədənli Ukraynalı bir qız əli boş, həç nədən qorxmadan rus əsgərin qarşısında dayanıb və ona deyir ki, ölkənə qayıt.
Bu qızın müqaviməti bütün dünyada sosial şəbəkə istifadəçilərinə təsir edib və bu video Tik Tok, YouTube və İnstaqramda dəfələrlə yenidən yayımlanıb və təkcə İnstaqramda bir milyondan çox insan onu bəyənib və like edib. Kiyevin rus ordusu qarşısında tənhalığını əks etdirən uşaq.
Onun üçün şeirlər də yazılıb. Dünyanın ona mesajı bu olub ki, Putinin və rus əsgərlərinin torpaqlarını işğal etməsinə icazə vermə. Bəziləri isə yazıb ki, əgər Amerika sizi tək qoyubsa, sən təslim olma.
Amma nümayiş etdirilən həqiqətdən tam uzaqdır. Bu, medianın hiyləsidir. Nə bu qız ukraynalıdır, nə də o, rus əsgəri. "Əhd Təmimi" fələstinli bir qızdır ki, sionistlər tərəfindən evləri işğal edilən zamanı İsrail əsgərinə şillə vurur və 8 ay həbsə atılır.
Bu qız qəhrəmana çevrilmiş ukraynalı döyüşçünün qızı deyil, terrorçu adlandırılan Fələstin qəhrəmanının övladıdır.
Coğrafiya mövqeyinin bir insanı qəhrəman və ya terrorçuya çevirdiyi bir dünyada, dünya nizamından danışmaq gülüncdür.
Media siyasəti, cəsur fələstinli qız Təmiminin İsrail əsgərinə qarşı duruşunun ukraynalı qızın işğalçı rus əsgərinə qarşı cəsarətli müqaviməti kimi göstərilməlisi deməkdir.