AEBA direktoru sabah Tehrana gələcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran İslam Respublikası rəsmilərilə görüş və dialoq məqsədilə sabah Tehrana səfər edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Rafael Qrossinin Tehrana səfərində məqsəd, İran ilə agentlik arasında nəzərdən keçirilən müahidə mövzularının həlli üzrə birgə yol xəritəsinə nail olmaq elan olunub.
İranın Atom Enerjisi Təşkilatı rəsmilərinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyilə son bir neçə həftə ərzindəki sıx müzakirələrindən və əldə olunmuş ümumi razılaşmadan sonra Rafael Qrossi şənbə günü Tehrana səfər edəcək və İranın Atom Enerjisi Təşkilatının direktoru Məhəmməd İslami ilə görüşüb, danışıqlar aparacaq.
Qrossi Tehrana səfərdə İran İslam Respublikasının bəzi yüksək vəzifəli rəsmilərilə də görüşəcək.