Lavrovdan Qərbə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i386513-lavrovdan_qərbə_xəbərdarlıq
Rusiyanın xarici işlər naziri xəbərdarlıq edibdir ki, Moskva Qərbə bu ölkəni Ukrayna ərazisindən hədələmək icazəsi verməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2022 14:13 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri xəbərdarlıq edibdir ki, Moskva Qərbə bu ölkəni Ukrayna ərazisindən hədələmək icazəsi verməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Qərbin Minsk sazişini icra etmək üçün rəsmi Kiyevə təzyiqdən çəkinmək kimi Ukrayna məsələsindəki yanaşma tərzini tənqid edib. Bildirib ki, Qərb Rusiyanın yerinə, ona öz təhlükəsizliyini təmin etmək üçün hansı şeylərə ehtiyacı olduğunu təyin edə bilməz.

Lavrov əlavə edib: Qərb mümkün olan hər bir yolla, həmçinin dəlil və bəhanələr gətirməklə Rusiyanın təhlükəsizlik zəmanətlərinin təqdimi üzrə təklifllərinə cavab verməkdən çəkinir.

Bu rus diplomatik rəsmi habelə söyləyib: Avropa ölkələri mümkün olan hər bir yolla Ukrayna hadisələrinə nəzər salan Rusiya medialarının yayımlarını dayandırmağa can atırlar.

Rusiya müdafiə nazirliyi də bazar ertəsi günü, son günlər artmış Ukraynaya silah göndərişi barədə Qərb ölkələrinə xəbərdarlıq etdi.

Rusiyanın Ukraynada xüsusi əməliyyatlarının başlanması ilə Qərb ölkələri Ukraynaya silah və sursatlar göndəriblər.

Rusiya bildiribdir ki, bu ölkənin Ukraynadakı əməliyyatları müharibənin başlanması deyil, dünya səviyyəsində savaşın qarşısının alınması istiqamətində atılan bir addımdır.