Zelenski: "Ukrayna yıxılarsa, bütün Avropa yıxılacaq"
https://azeri.sahartv.ir/news/dünya-i386578-zelenski_ukrayna_yıxılarsa_bütün_avropa_yıxılacaq
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü səhər televiziya çıxışında deyib ki, əgər Ukrayna yıxılsa, bütün Avropa yıxılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2022 09:04 Asia/Baku
  • Zelenski:

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü səhər televiziya çıxışında deyib ki, əgər Ukrayna yıxılsa, bütün Avropa yıxılacaq.

Zelenski telemüraciəti zamanı deyib: "Çıxın və bacardığınız qədər Ukraynanı dəstəkləyin. Ukrayna dayanmasa, Avropa dayanmaz, Ukrayna yıxılarsa, Avropa da yıxılacaq". 

Daha əvvəl Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna prezidentinin ölkədən qaçdığını iddia edib.

Volodin Ukrayna prezidenti Vladimir Zelinskinin ölkəsindən qaçaraq, Polşaya daxil olduğunu bildirib.

Rusiya Dövlət Dumasının spikeri Zelenskinin mediada dərc etdiyi bütün videoların əvvəlcədən lentə alındığını iddia edib.

Bundan əvvəl ABŞ və Britaniya da daxil olmaqla bir sıra Qərb ölkələri Zelenskiyə sığınacaq verməyə və ona sürgündə hökumət qurmağa icazə verməyə hazır olduqlarını bildiriblər.