London: Britaniya ərazisinə daxil olan Rusiya təyyarələrini müsadirə edə bilərik
https://azeri.sahartv.ir/news/dünya-i386726-london_britaniya_ərazisinə_daxil_olan_rusiya_təyyarələrini_müsadirə_edə_bilərik
Britaniyanın nəqliyyat naziri xəbərdarlıq edib ki, bu ölkənin hava məkanına daxil olan istənilən Rusiya təyyarəsi müsadirə oluna bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2022 09:21 Asia/Baku
  • Rusiya təyyarələri
    Rusiya təyyarələri

Britaniyanın nəqliyyat naziri xəbərdarlıq edib ki, bu ölkənin hava məkanına daxil olan istənilən Rusiya təyyarəsi müsadirə oluna bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniyanın nəqliyyat naziri Qrant Şeyps bildirib ki, Britaniya bu ölkənin hava məkanına daxil olan istənilən Rusiya təyyarəsini müsadirə etmək hüququna malikdir.

O, deyib: "Hər hansı bir rus təyyarəsinin Britaniya hava məkanına daxil olması cinayət hücumu sayılır və biz bu reaktivləri müsadirə edə bilərik".

Digər tərəfdən, Politico qəzeti çərşənbə axşamı İngiltərənin yaxın aylarda Rusiyadan neft idxalına qadağa elan etmək niyyətində olduğunu açıqlayıb.

Britaniya rəsmiləri deyirlər ki, qadağa qlobal bazarların uyğunlaşmasına və insanların qorxulu benzin alışından çəkinməsinə imkan vermək üçün tədricən həyata keçiriləcək.

"Financial Times" bununla bağlı yazıb: "Britaniya, əksər Avropa ölkələrindən və hələ də Rusiyaya qarşı tam sanksiyaların əleyhinə olan Almaniyadan daha az Rusiyadan qalıq yanacaq idxalından asılıdır".