Avropa ölkələrinin silah idxalı artıb
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünyada silah ticarətinin azalmasına baxmayaraq, Avropa ölkələri tərəfindən silah idxalının kəskin şəkildə artdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu bazar ertəsi günü bir bəyanatda dünya ölkələrində silah ticarəti, həmçinin silah tələbi və təklifi ilə bağlı apardığı son araşdırmasının nəticələrini yayıb.
Bəyanata görə, Avropada İngiltərə, Norveç və Niderland dünya silah ticarəti bazarında ən çox silah idxalı həcmini özlərinə aid ediblər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən, bu zaman kəsiyində beynəlxalq silah ticarəti tənəzzül prosesini keçirsə də, ABŞ və Fransa tərəfindən silah ixracı artıbdır.
Məlumatda əlavə olunur ki, silah idxalı və alışı göstəricisi Avropa ölkələrində 19, Şərqi Asiyada 20, Okeaniyada isə 59 faiz artıbdır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yeni göstəricilərinə əsasən, Afrika və ABŞ-a silah köçürülməsinin azaldığı bir halda, Yaxın Şərqə, yəni Qərbi Asiyaya silah ötürülməsi yüksək olmaqda davam edibdir.