Rusiya: İranın nüvə sazişi ilə bağlı ABŞ-dan yazılı zəmanət almışıq
https://azeri.sahartv.ir/news/dünya-i386992-rusiya_İranın_nüvə_sazişi_ilə_bağlı_abŞ_dan_yazılı_zəmanət_almışıq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Vaşinqtondan Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyaların Moskva-Tehran əməkdaşlığı ilə bağlı olmadığına dair yazılı zəmanət aldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2022 11:28 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Vaşinqtondan Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyaların Moskva-Tehran əməkdaşlığı ilə bağlı olmadığına dair yazılı zəmanət aldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,"İRNA"nın məlumatına görə, Lavrov çərşənbə axşamı iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransında deyib: "Biz yazılı təminatı almışıq".

"Sputnik"in məlumatına görə, Lavrov deyib: "Biz İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün nüvə sazişinin bərpasının yekun mərhələsinə daxil olduğumuz üçün əminəm ki, bu sazişin perspektivi daha nəzərəçarpan olacaq".

Lavrov bildirib ki, həm İran, həm də Rusiya əməkdaşlığın yeni səviyyəsini rəsmiləşdirmək üçün yeni sənədlər hazırlayır.

"İran-Rusiya əməkdaşlığına təzyiq etmək məqsədi daşıyan "məlum faktorlara" baxmayaraq, hazırda ikitərəfli ticarət görünməmiş sürətlə artıb və ötən il təxminən 80 faiz artaraq, 4 milyard dolları keçibdir", - deyə Rusiyanın xarici işlər naziri qeyd edib.