Mart 24, 2022 12:29 Asia/Baku
  • Rusiyanın varlığına təhlükə yaranırmı? - TƏHLİL

Moskva hansı şəraitdə nüvə silahından istifadə edə bilər? Peskov nə demək istəyib?

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın mövcudluğu təhlükə ilə üzləşərsə, nüvə silahından istifadə ediləcək. O, CNN telekanalına müsahibəsində bunu deyib.

Kreml sözçüsü bu sözləri Rusiya və Ukrayna arasında mövcud müharibənin nüvə müharibəsinə çevrilə biləcəyi ilə bağlı Qərbin artan narahatlığı fonunda səsləndirilib. Narahatlıq Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinin ilk günlərində Rusiyanın strateji nüvə qüvvələrinin tam hazır vəziyyətə gətirilməsinə əmr verməsindən sonra yaranıbdır. Fevralın 27-də, Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlamasından üç gün sonra Putin Rusiyanın müdafiə naziri və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb və ölkənin nüvə qüvvələrinin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.

Hazırda Kremlin sözçüsü öz açıqlaması ilə bəlkə də Qərb dövlətlərini əmin etməyə çalışır ki, Rusiyanın mövcudluğu təhlükə altında olmasa, nüvə silahından istifadə edilməyəcəkdir. Lakin bu üstüörtülü təminat Qərbi o qədər də arxayınlaşdırmır və ABŞ Rusiyanın beynəlxalq təhlükəsizliyi təhlükə altına alması ilə bağlı öz təbliğatını və psixoloji müharibəsini davam etdirir. Əslində Putinin Rusiyanın strateji nüvə qüvvələrini hazır vəziyyətə gətirməkdə məqsədi daha çox NATO və ABŞ-ın Ukrayna müharibəsinə hər hansı mümkün hərbi müdaxiləsinə mane olmaq idi. Bununla belə, qərblilər bunu qaçılmaz təhlükə kimi göstərməyə çalışırlar.

Sirr deyil ki, nüvə silahı barədə xəbərdarlıq səviyyəsinin elan edilməsi daha çox tərəf müqabilə xəbərdarlıq məqsədini güdür. Başqa sözlə, qısa müddətdə nüvə reaksiyasına bu cür hazırlıq düşmənin hücuma keçmə ehtimalını azaldır.

Qeyd etmək vacibdir ki, Rusiyanın artan strateji nüvə potensialı və nüvə arsenalının modernləşdirilməsinə ayrılan böyük büdcə ilk növbədə Qərbin təhdidlərinə, xüsusən də ABŞ-ın nüvə arsenalını modernləşdirməyə yönəlmiş səylərinə, eləcə də NATO-nun şərqə doğru genişlənməsinə və ABŞ-ın raket əleyhinə sistemlərini Şərqi Avropada yerləşdirməsinəə adekvat cavab kimi də qiymətləndirilə bilər. Eyni zamanda, Şərqi Avropada Rusiya ilə NATO arasında artan qarşıdurma da Rusiyanın nüvə hazırlığının artmasında təsirsiz olmayıb. Digər tərəfdən, Qərbin Rusiyanın daxili işlərinə dəfələrlə müdaxiləsi və Qərbin Moskvaya qarşı qeyri-dost hərəkətləri Rusiya-Qərb arasında ziddiyyətlərin artmasına və Rusiyanın strateji nüvə hazırlığına keçməsinə səbəb olub. Bununla bağlı Putin dəfələrlə adi hərbi qüdrətinin artırılmasını, Rusiyanın strateji nüvə arsenalının tez bir zamanda modernləşdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Teqlər