Rusiyanın Müdafiə Nazirliyi yeni məlumat yayıb
Ukraynanın 36 hərbi obyekti məhv edilib
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiya əməliyyat-taktiki aviasiya və raket qüvvələri Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor İqor Konaşenkov bəyan edib ki, Rusiya əməliyyat-taktiki aviasiya və raket qüvvələri bir sutka ərzində Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib.
"Ukraynanın 36 hərbi obyekti vurulub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, bir reaktiv yaylım atəşi sistemi, üç silah-sursat anbarı və iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazi var", - deyə general qeyd edib.
Konaşenko həmçinin deyib ki, Rusiyanın Hava Kosmik və Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukraynanın 5 qırıcı təyyarəsini və 19 pilotsuz uçuş aparatını vurub.
Rusiyanın iddiasına əsasən, hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 1700-dən çox tankı və zirehli texnikası və 300-dən çox pilotsuz uçuş aparatı məhv edilib: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 308 pilotsuz uçuş aparatı, 1713 tank və digər zirehli döyüş maşını, 170 reaktiv yaylım atəşi sistemi, 715 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1557 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.