Apr 04, 2022 15:49 Asia/Baku
  • Əfqanıstanda tiryəkin əkilməsi qadağan edilib

Talibanın lideri bir fərman imzalayaraq, narkotik maddələrin becərilməsi, istehsalı və qaçaqmalçılıq yolu ilə daşınmasını qadağan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Talibanın lideri bu gün Əfqanıstanda istənilən narkotik maddəsinin becərilməsini, istehsalını, istifadəsini, ticarətini və daşınmasını qadağan edib. 

Hələ də onun görüntüləri medialarda yayımlanmayan Heybətullah Axundzadənin fərmanını, Talibanın sözçüsü Zəbihullah Mücahid media mənsublarının, beynəlxalq ictimaiyyətin nümayəndələrinin və Talibanın yüksək vəzifəli başçılarının iştirak etdiyi görüşdə açıqlayıb. 

M.M: Bütün həmvətənlərin nəzərinə çatdırılır ki, bu fərman verildiyi gündən bütün ölkə ərazisində tiryək əkilməsi qəti qadağan olunacaq. Bundan sonra heç kim bu bitkini becərə bilməz, kimsə bu fərmanı pozarsa, onun məhsulu məhv ediləcək və onu pozanlar İslam şəriəti ilə cəzalandırılacaqlar.

Talibanın müvəqqəti kabinetinin inzibati işlər üzrə müavini bildirib ki, Taliban bu fərmanı yerinə yetirməkdə ciddi və qərarlıdır. 

Molla Əbdül Salam Hənəfi işğalçıların son 20 ildə Əfqanıstanda tiryəkin inkişafının əsas amili olduğunu söyləyib.

M.M: Əfqanıstanda narkotiklərin becərilməsi sıfıra enmişdi. Əfqanıstan torpaqları işğalçılar tərəfindən işğal edildikdən sonra Əfqanıstanda narkotik maddələrin istehsalı genişlənirdi. Əfqanıstanda 95-ə yaxın narkotik maddə istehsal edilirdi.

Taliban liderinin fərmanı bu gün Əfqanıstanda tiryək yığımı mövsümünə təsadüf edir. Taliban Əfqanıstanda təxminən səkkiz aya yaxındır və onların hakimiyyətə gəlməsi ilə eyni zamanda əkilən minlərlə hektar tiryək sahəsinin taleyi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Teqlər