Apr 18, 2022 13:43 Asia/Baku
  • neft
    neft

Dünya bazarlarındakı sövdələşmələrdə neftin qiyməti bir daha artıb. Buna səbəb, Ukraynadakı böhranın şiddətlənəcəyindən olan nigarançılığın artması və təqdim bazarının gələcəyindən olan qorxu olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Şimal dənizinin brent neftinin gələcək sövdələşmə qiyməti bir tam onda üç faiz artımla barreldə yüz on üç dollar iyirmi sentə çatıb.

Belə bir halda, «Vest Teqzas İntermidiet» neftinin gələcək sövdələşmə qiyməti də sıfır tam onda doqquz faiz artımla barreldə yüz yeddi dollar doxsan üç sentə satılıb.

Ötən həftə sərmayə sahiblərinin Rusiyaya qarşı yanacaq sanksiyalarının tətbiq ediləcəyindən qorxmalarına görə, bu iki neft nümunəsi, iki tam onda beş faizdən çox qiymət artımına malik olmuşdu.

Avropa Birliyindəki bəzi rəsmilər son günlər deyiblər ki, birlik Rusiya neftinin tədriclə sanksiya edilməsi üzrə qətnamə layihəsi hazırlamaqdadır və hazırda bu layihənin bəzi maddələri hazırdır.

Beynəlxalq Enerji Agentliyinin xəbərdarlığına görə, Qərbin sanksiyalarına görə, ola bilsin, may ayından enerji bazarında Rusiyanın gündəlik neftindən təqribən üç milyon barrel məhdudlaşdırılsın ki, bu da təqdim bazarının gələcəyi ilə bağlı nigarançılıqlara səbəb olub.

 

Teqlər