Apr 19, 2022 14:27 Asia/Baku
  • Kabildə şiə məktəblilər hədəfə alındı; 27 şəhid

Kabilin şiələr yaşayan Dəşt-Pərçi rayonunda iki məktəbdə eyni zamanda üç partlayış törədilib. İran İslam Respublikası terror aktını pisləyib.

 SəhərAzəri-nin məlumatına əsasən, bu partlayışlarda 27 nəfər şəhid olub və 11 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qrup üzərinə götürməyib. 

Terraktdan dərhal sonra İran İslam Respublikası Taliban hökumətindən Kabil məktəblərində törədilən partlayışların səbəbkarlarının tapılması və cəzalandırılmasını istəyib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə rəsmi tvitter hesabında yazıb.

O, Kabildə şiələrin yaşadığı kvartallarda iki məktəbdə törədilən terror partlayışlarını kəskin pisləyib və Talibandan səbəbkarların tapılması və cəzalandırılmasını tələb edib.

Bu arada Əfqanıstanın sabiq prezidenti Hamid Kərzay bu gün səhər məktəblərdə törədilən partlayışları kəskin pisləyib.

Kərzay bu partlayışları “insanlığa qarşı cinayət” adlandırıb.

Parltayışların mətkəblərdə törədildiyinə toxunan sabiq prezident, onun, Əfqanıstanın inkişafını və sülhü istəməyən düşmənlər tərəfindən həyata keçirildiyini deyib və bu terror aktının elmə, inkişafa və ziyalılığa qarşı olduğunu vurğulayıb.

Teqlər