Apr 21, 2022 15:55 Asia/Baku
  • Məzar-Şərifdə yerləşən bir məsciddə partlayış baş verib

Bu gün günortaçağı Əfqanıstanın Məzar-Şərif şəhərində yerləşən şiələr məscidində baş verən partlayış nəticəsində indiyədək on səkkiz nəfər şəhid olub, otuz nəfər isə yaralanıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Məzar-Şərif şəhərindəki xəstəxana mənbələri bildiriblər ki, indiyədək «Üç dükan» məscidindəki partlayış nəticəsində beş nəfər həyatını itirib, altmış beş yaralı da müalicə üçün xəstəxanaya köçürülüb.

Məzar-Şərif şəhərindəki xalq mənbələri xəbər veriblər ki, az öncə «Üç dükan» adlı məscidin içərisində partlayış baş verib. Mənbələrin sözlərinə görə, partlayış namaz qılınan zaman baş verib. Çox izdihamlı bir məkanda yerləşən bu məscid Məzar-Şərif şiələrinin ən böyük məscididir.

Məzar-Şərifdə, Əbu-Əli Sina-Bəlxi dairəs xəstəxanasının baş həkimi- Qəusuddin Ənvəri deyib ki, partlayışda yaralananların bir çoxu xəstəxanaya köçürülüb, amma yaralıların dəqiq sayı sonradan elan ediləcək.

Qunduz təhlükəsizlik qərargahının sözçüsü Qari Abdullah Abidi də bu şəhərin “Sərdore” rayonunda partlayışın baş verdiyini təsdiq edib, lakin tələfat və onun növü barədə bir şey söyləməyib.

 

Teqlər