Apr 22, 2022 12:22 Asia/Baku
  • Cozep Borrel
    Cozep Borrel

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, birliyin bəzi üzvləri Rusiya nefti və qazının kollektiv şəkildə boykot edilməsinə veto qoyacaqlar.

SəhərAzəri-nin məlumatına əsasən, Cozep Borrel «Lena Nyus»la müsahibədə bildirib ki, Avropa Birliyi hal-hazırda Rusiyanın nefti və neft məhsullarının kollektiv şəkildə boykot edilməsinə dair heç bir plana malik deyil, zira birliyin bir neçə üzvü bundan qabaq belə bir təşəbbüsə və kollektiv qərara veto qoyacağı ilə hədələyib.

«Fiqaro» qəzeti bu gün Borrelə istinadla yazıb: Rusiya neftinin sanksiya edilməsi üzrə birgə razılığa çatmaq son dərəcə sərt tariflərin artırılması ilə yanaşı olacaq.

Fiqaro-nun yazdığına görə, Rusiyanın mədən resurslarına qarşı sanksiyalar sahəsində Polşa və Fransa kimi bəzi ölkələr Rusiya nefti və qazının tam şəkildə boykot edilməsini istəsələr də, Almaniya, Avstriya və Macarıstan kimi ölkələr ona qarşıdırlar.

 

Teqlər