Apr 23, 2022 11:46 Asia/Baku
  • ABŞ Ukraynanı reaktiv sistemlərlə, Kanada isə ağır artilleriya ilə təmin edir

ABŞ Ukraynanı yaylım atəşli reaktiv sistemlıərlə (YARS) tənin etməyə başlayıb. Bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland məlumat verib.

SəhərAzəri-nin məlumatına əsasən,Viktoriya Nuland əlavə edib ki, ABŞ hazırda Ukraynanın daha çox YARS alması üçün müttəfiqlərlə işləyir.

Kanada isə Ukraynaya ağır artilleriya təchiz edib.Bu barədə Kanada MN məlumat yayıb.

Sənəddə göstərilir ki, Kanada Ukrayna ordusuna 155 mm-lik M777 haubitsaları və müvafiq sursat verib. Haubitsaların atəş məsafəsi 30 kilometrdir.

Ottava eyni zamanda Ukraynaya zirehli maşın verilməsi və PUA-lara texniki xidmət mnəsələsini müzakirə edir. Bir müddət əvvəl ölkə Ukraynaya tank əleyhinə qumbaralar verib.

Teqlər