May 01, 2022 13:40 Asia/Baku
  • atom elektrik stansiya
    atom elektrik stansiya

Avropada ən iri atom elektrik enerjisi istehsalçılarından olan Fransa bildirib ki, bu ölkənin atom elektrik stansiyalarının yarısı istismardan çıxarılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinin bu qitənin tarixində ən pis enerji böhranlarından biri ilə çapışdığı bir zamanda, Fransa, onun elektrik stansiyalarının texniki nasazlıq və ya dövri təmirlər həyata keçirmək üçün istismardan çıxarıldıqlarını deyir.

Belə bir halda, Fransanın cənubunda yerləşən 1300 meqavatlıq Atom Elektrik Stansiyası cümə günündən istehsal və istehlak sistemindən çıxarılıb.

Fransada atom elektrik stansiyalarının fəaliyyətlərinin dayandırılması, bu ölkəni öz elektrik enerjisi çatışmazlığının yerini doldurmaq üçün həmin enerjini Avropa elektrik şəbəkəsindən götürməyə məcbur edib. Belə bir halda, Avropa Birliyində elektrik enerjisinin paylanma mexanizmi təbii qaz çatışmazlığı üzündən, uzun müddətdir, İstehsalatda problemlərlə üzləşir.

Fransada elektrik enerjisinin qiyməti cari ildə Almaniyadakı elektrik enerjisi qiymətindən orta hesabla otuz faiz bahalaşıb. Bu da 2021-ci ildəki qiymətlə müqayisədə təqribən dörd dəfə çoxdur.

 

Teqlər