May 14, 2022 18:49 Asia/Baku
  • Ukraynada müharibə başlayandan bəri Rusiya və ABŞ müdafiə nazirləri arasında ilk danışıq baş tutub

Rusiya və ABŞ müdafiə nazirləri Ukraynada Rusiyanın hərbi əməliyyatları başlayandan bəri ilk dəfə olaraq, telefonla danışıblar və bu məsələni müzakirə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ və Rusiya arasında son aylarda görünməmiş gərginliyə baxmayaraq, iki ölkənin müdafiə nazirləri ABŞ tərəfinin istəyi ilə cümə günü axşam telefonla məsləhətləşiblər.

"Tass" xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bir bəyanatda bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ötən gecə amrikalı tərəfin təşəbbüsü ilə Pentaqonun rəhbəri Lloyd Ostinlə telefonla danışıb. Söhbət zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.

Pentaqonun mətbuat katibi Con Kirbi daha əvvəl demişdi ki, Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov, Lloyd Ostin və ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefonla  əlaqə saxlamaqdan imtina ediblər.