May 21, 2022 17:38 Asia/Baku
  • ABŞ rəsmisi: İsrail Şirin Əbu-Aqiləni ABŞ-ın maliyyəsi ilə öldürdü

ABŞ Konqresinin üzvü İsrail rejiminin fələstinlilərə qarşı cinayətini pisləyib və deyib ki, İsrail rejiminin işğalçı hərbçiləri Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu-Aqiləni ABŞ-ın maliyyə dəstəyi ilə öldürüblər.

SəhərAzəri-nin məlumatına əsasən, AOC kimi tanınan Alexandria Ocasio-Cortez vurğulayıb: "Məncə Fələstində Şirin Əbu-Aqiləyə baş verənlərə nəzər salmaq bizim üçün həqiqətən vacibdir. O, İsrail qüvvələri tərəfindən öldürüldü. O, hörmətli bir jurnalist, ABŞ vətəndaşı idi. Biz imkan verə bilmərik ki, resurslarımızla bu şeylər baş versin".

O, daha sonra deyib: "Vergi dollarlarımız bunun bir hissəsidir. Biz ABŞ-da hətta səhiyyə xidmətləri ala bilmirik, amma bunu maliyyələşdiririk. Bu haqda çəkdiyimiz bir növ xətt olmalıdır".

Konqresmen tənqidçilərin İsraillə bağlı müzakirələrin ikili standartlara və yersiz diqqətə məruz qalması ilə bağlı ümumi iradlarını rədd edib və ABŞ-ın maliyyələşdirməsinin bu cür tənqidi aktuallaşdırdığını söyləyib.

Teqlər