May 22, 2022 19:41 Asia/Baku
  • Yaponiya təhlükəsizlik qüvvələri tam hazır vəziyyətdədirlər

Yaponiyanın təhlükəsizlik və polis qüvvələri Amerika prezidentinin bu ölkəyə səfəri ərəfəsində hazır vəziyyətə gətiriliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika prezidenti Co Baydeni daşıyan təyyarənin yerli vaxtla bazar günü axşam Yaponiyanın paytaxtı Tokioda yerləşən Yokota amerikan aviabazasına enməsi gözlənilir. Bu səbəbdən, 18 min polis və təhlükəsizlik qüvvəsi təhlükəsizliyin təmin edilməsində iştirak edir.

Yol hərəkətində məhdudiyyət, avtomobillərin yoxlanılması və səfirliklərin qorunması, Yaponiya polisinin Tokionun təhlükəsizliyinin təmin edilməsi sahəsindəki proqramının bir hissəsini təşkil edir.

İri şəhər olan Tokionun polisi Bayden ilə Yaponiyanın baş naziri Fumio Kişidanın rəsmi görüş məkanı olacaq hökumət mehmanxanasını, eləcə də əhalinin toplaşdığı digər məkanları qorumaq üçün öz qüvvələrini səfərbər edib və yerləşdiribdir.

Yaponiya xalqı həmişə ABŞ-ın onun ölkəsində hərbi iştirakına və hərbi bazalara malik olmasına qarşı olubdur.

 

Teqlər