May 27, 2022 15:02 Asia/Baku
  • Bütün dünyada silahların 46 faizi ABŞ-dadır

Amerikada hər yüz nəfərə 120,5 silah düşür. Bu barədə CNN məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən,  ABŞ bu göstərici ilə dünyada birinci yerdə, Folklend adaları isə 100 nəfərə 62 silahla ikincidir. Üçüncü yerdə isə 7 ildir vətəndaş müharibəsi aparan Yəmən gəlir. Bu ölkədə hər 100 nəfərə 53 silah düşür.

ABŞ dünyada mövcud olan 857 milyon mülki silahın təxminən 393 milyonuna sahibdir. Bu da bütün dünyadakı silahların 46 faizi deməkdir.

ABŞ-da hər 100 min nəfərdən 4-ü silahlı atışma nəticəsində ölüb. Bu ölkədə intiharların 44 faizi silahla baş verir. ABŞ dünya üzrə kütləvi silahlı hücuma məruz qalan yeganə ölkədir.

Qeyd edək ki, mayın 25-də ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 18-i məktəbli olmaqla 21 nəfər ölüb. Bu hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden silah satışına məhdudiyyətin qoyulması ilə bağlı çıxış edib.

Teqlər